Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
İndi artıq işğal damğasından azad olunmuş Azərbaycan yüksəlməkdədir ​

0

  •      ​ ​ Xalqımızın qədim ədəbi​ abidələrindən olan "Dədə Qorqud" dastanlarında Dədə Qorqudun söylədiyi gözəl bir deyim var. "Əgər torpağı qorumursansa, onu əkib - becərməyə dəyməz, yox əgər torpağı əkib becərmirsənsə, onu qorumağa dəyməz. "Bütün bunlar xalqımızın torpağa, vətənə, yurda nə qədər bağlı olduğunun parlaq nümünəsidir. Məhz bu vətənsevərliyin nəticəsində Azərbaycan işğal olunmuş, 30 il düşmən taptağında qalan tarixi torpaqlarını 44 günlük Vətən müharibəsində mənfur düşməni darmadağın edərək azad etdi. Məlumdur ki, erməni vandalları işğal etdikləri Azərbaycan ərazilərində daşı - daş üstündə qoymamışdı. Bütün bunlara baxmayaraq Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev Ermənistanın kapitulyasiyasından dərhal sonra azad edilmiş ərazilərdə quruculuq - bərba işlərinə start verdi. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Bütün işğaldan azad edilmiş ərazilərdə hal - hazırda böyük quruculuq işləri həyata keçirilir. Həmin ərazilərdə müasir standartlara cavab verən yollar salınır, digər böyük infrastruktur layihələri həyata keçirilir, Böyük qayıdışın təmin edilməsi üçün yeni yaşayış məntəqələri salınır, müəyyən yerlərdə nisbətən salamat qalmış yaşayış məntəqələri yenidən qurulur. Mənfur ermənilərin məkrli əməllərinin nəticəsi olaraq təkcə dağıdılmış, yerlə yeksan edilmiş ərazilərimizin bərpası ilə deyil, həm də onların uzun illər ərzində ərazilərimizə basdırdıqları ölüm saçan minaların təmizlənməsi ilə də məşğuluq. Minalanmış ərazilərin təmizlənməsi digər işlərin görülməsinə çox böyük əngəllər törədir, quruculuq işlərini ləngidir. Bütün bu əngəllərə, çətinliklərə baxmayaraq bərpa işləri israrlı şəkildə davam etdirilir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​       4 oktyabr 2022 - ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Birinci vitse - prezident Mehriban xanım Əliyeva Ağdam rayonuna səfər etmişlər. Onlar burada tamamilə yenidən qurulan Bərdə -Ağdam yolunun tikintisi ilə tanış olmuşlar. Bu yol ölkə prezidentinin göstərişinə əsasən bölgənin əhəmiyyəti nəzərə alınaraq müasir standartlara uyğun şəkildə inşa edilməkdədir. Torpaq işləri, yol yatagının genişləndirilməsi, körpülərin və su ötürücü qurğların tikintisi demək olar ki, başa çatdırılmışdır. Yolun asfaltlanması prosesi davam etdirilir. Bütün bunlar yaxın gələəkdə bölgənin canlanmasına, gələcəkdə buralara qayıdan əhalinin həyat şəraitinin yaxşılaşmasına xidmət edəcəkdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​        Səfər çərçivəsində Azərbaycan Respublikasının prezidenti və ölkənin Birinci vitse - prezidenti Quzanlı - İmamqulubəyli - Aayaq Qərvənd yolunun açılışında, eyni zamanda Ağdam Muğam mərkəzinin açılışında iştirak etmişlər. Bütün bunlar Ağdamda, ümumilikdə Qarabağda həyatın canlanmasını gözlərimiz önündə canlandıran, insanı ruhlandıran gözəl mənzərələrdir. Ağdama səfər edən xarici ölkələrin səfirləri, siyasi xadimlər mənfur ermənilərin törətdikləri vəhşiliklərin şahidi olmaqla bərabər, həm də Azərbaycanın bu torpaqların əsil sahibləri kimi, bu yerlərdə həyata keçirdiyi​ quruculuq işləri ilə dünya birliyini də heyran qoymaqdadırlar. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​        Daha sonra ölkə prezidenti və Birinci vitse - prezident Ağdam şəhərinə gələrək görülən işlərlə tanış olmuşlar. Burada Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Ağdam şəhərində salınacaq yaşayış massivinin, Xıdırlı və Kəngərli kəndlərinin təməlqoyma mərasimində iştirak etmişdir. Jurnalistlərlə söhbətində Ölkə Başçısı bildirmişdir ki, biz işimizi təkyönlü aparmırıq. Biz həm quruculuq işləri, həm xarici siyasətlə, həm də təhlükəsizliyimizi təmin etmək, bir daha belə hallar yaşamamaq üçün ordunu gücləndirməklə məşğuluq. Bu gün Azərbaycanın beynəlxalq müstəvidə güclü dövlət kimi qəbul edilməsi bizim doğru yolda olmağımızı göstərir.​ ​ ​ ​       Oktyabrın 5-də Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirib ki, bu gün biz yeni çağırışlarla üzləşirik. Ancaq bunlar xoş çağırışlardır - Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması. Əminəm ki, bu insanlar buna layiqdirlər. Onlar uzun illər boyu çətin şəraitdə yaşayıblar. Baxmayaraq ki, biz 300 mindən çox məcburi köçkünü yeni ev və mənzillərlə təmin etmişik, bu mənzillərin açılışı zamanı onlar bizə minnətdarlıqlarını bildirirdilər və hər dəfə qeyd edirdilər ki, bizi öz torpaqlarımıza qaytarın. Mən onlara hər dəfə söz verirdim ki, bunu reallaşdıracağam və mən fəxr edirəm ki, biz bunu reallaşdıra bildik və artıq Böyük Qayıdış proqramı başlayıb. ​ ​ ​ ​ ​ Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən aparılan məqsədyönlü daxili və xarici siyasətin nəticəsində Azərbaycan yeni - yeni nailiyyətlərə imza atacaqdır. Ölkəmiz dünyanın ən gözəl guşələrindən birinə çevriləcəkdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Yaşasın Azərbaycan! ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Qarabağ Azərbaycandır!​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​Ələddin Əhmədov, ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib38 dəfə
    İndi artıq işğal damğasından azad olunmuş Azərbaycan yüksəlməkdədir

    Maraqlı gələ bilər
    34
    30
    28
    33